Dr. Leyla Quliyeva
Baş Loqoped, Defektoloq
Dr. Leyla Quliyeva həm uşaqlar, həm də böyüklərdəki nitq və səs qüsurlarının korreksiyası üzrə ixtisaslaşmış aparıcı mütəxəssisimizdir. O, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, böyüklərdə kəkələmə, afaziya və psixoloji nitq baryerlərinin (fobiya) aradan qaldırılmasında müasir qərb metodikalarını tətbiq edir. Təlimlərində sırf nəzəri deyil, praktik və əyləncəli yanaşmaya üstünlük verir.
Baş Loqoped - Bakı Nitq Mərkəzi
Mərkəzin qurucu təlimçilərindən biri olaraq 500-dən çox pasiyentin uğurlu reabilitasiyasını həyata keçirmiş və yeni kadrların yetişdirilməsində iştirak etmişdir.
Klinik Defektoloq - Mərkəzi Klinika
Nevroloji problemlərdən yaranan ağır nitq pozuntularının (insult sonrası afaziya və s.) bərpası üzərində çalışmışdır.
Təhsil: Bakı Dövlət Universiteti
Xüsusi Təhsil və Pedaqogika fakültəsi, Korreksiyaedici Pedaqogika (Loqopediya) üzrə bakalavr və magistr dərəcəsi.