Tez-tez Verilən Suallar

Mərkəzimizin fəaliyyəti, dərslərin gedişatı və qeydiyyat prosesi haqqında axtardığınız cavablar.

İlk diaqnostika seansı ödənişlidirmi?
Bəli, ilk diaqnostika seansında mütəxəssis tərəfindən nitq qüsurunun dərəcəsi təyin edilir və xüsusi terapiya proqramı hazırlanır. Diaqnostikanın qiyməti 30 AZN təşkil edir. Lakin, əgər tələbə həmin gün kursa tam qeydiyyatdan keçərsə, bu məbləğ aylıq ödənişdən çıxılır.
Bir seans nə qədər davam edir?
Dərslərin müddəti xidmətin növünə görə dəyişir. Fərdi loqopedik seanslar uşaqların diqqət dağınıqlığını nəzərə alaraq 45 dəqiqə davam edir. Böyüklər üçün diksiya və kəkələmə terapiyaları isə 1 saat olaraq planlaşdırılır.
Üzrlü səbəbdən dərsə gələ bilmədikdə ödəniş batırmı?
Dərsə ən azı 12 saat qalmış inzibatçıya və ya müəllimə xəbər verildiyi təqdirdə (xəstəlik, təcili hallar) həmin dərs batmır və həftənin və ya ayın digər boş saatına "bərpa dərsi" (make-up class) olaraq təyin edilir. Xəbərsiz iştirak etmədikdə isə dərs keçirilmiş sayılır.
Ödənişləri necə və nə vaxt etməliyik?
Ödənişhər aylıq paket (hər 8 və ya 12 dərsdən bir) şəklində əvvəlcədən həyata keçirilir. Siz ödənişi həm mərkəzimizdə nağd, həm POS terminal vasitəsilə kartla, həm də onlayn portaldan rəsmi qəbz əsasında edə bilərsiniz.
Nəticəyə zəmanət verirsinizmi?
Nitq terapiyası tibbi və psixoloji tərəfləri olan bir prosesdir. Heç bir peşəkar mütəxəssis dəqiq vaxtla 100% zəmanət verə bilməz, çünki nəticə tələbənin fərdi xüsusiyyətlərindən, anatomik quruluşundan və ən əsası verilən ev tapşırıqlarının necə yerinə yetirilməsindən asılıdır. Lakin mərkəzimiz tam elmi metodlarla inkişafı təmin edir.